M.Ferstappen: Balans tapa bilmirik

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, RB18-in balansı mükəmməl deyil.

F-1.az xatırladır ki, niderlandlı sürücü Fransadakı cümə sərbəst yürüşlərində lider Saynsdan 0.5 saniyə geri qalaraq, üçüncü olub.

Maks Ferstappen: “İkinci sərbəst yürüşlər bizim üçün çətin keçdi. Çox şey sınadaq da, balans tapa bilmədim. Sabah bunlara baxacağıq. Ümid edirəm ki, daha yaxşı olar.

Təkər problemi barədə bir şey görmədik. Bu tras təkərlərə çox yüklənir. Avstriya ilə müqayisə edə bilmərik. Amma yarış rış tempində daha yaxşı görünsək də, təkərlər tez qızır. Buna görə görüləsi işlərimiz var”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*