K.Sayns: “Ferstappen çempion ola bilməyəcək”

McLaren komandasının sürücüsü Karlos Sayns bildirib ki, Maks Ferstappen karyerası ərzində doğru qərar verə bilməsə, çempionluq görməyə bilər.

F-1.az xatırladır ki, əksər Formula1 ekspertləri gələcəkdə Ferstappenlə Lekler arasında əzəli rəqabət gözləyir. Lakin ispaniyalı sürücü bu fikirlə razı deyil: “Ümid edirəm ki, McLaren yaxşı maşın düzəldər və biz də çempionluq uğrunda mübarizə apararıq. Gələcəkdə Ferstappenlə Lekler arasında çempionluq uğrunda mübarizə gözləmək doğru olmaz. Hər şey 2021-ci ildə birdən-birə dəyişə bilər. Əsas məsələ doğru maşını tapmaqdadır. Əgər Ferstappen doğru komandaya getsə, çempion olacaq. Əgər səhv qərar versə, heç vaxt çempion ola bilməyəcək. Heyif ki, Formula1 belədir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*