Rəsmən: Həmiltonu Rassell əvəz edəcək

Koronavirusa yoluxduğu üçün Saxir Qran Prisində çıxmayacaq Lyuis Həmiltonu gən Corc Rassell əvəz edəcək.

F-1.az bildirir ki, 22 yaşlı pilot Williams-da çıxış etməsinə baxmayaraq, “gümüşü oxlar” onu biryarışlıq gətirə biliblər.

Qeyd edək ki, Həmiltonun yerinə əvvəlcə Stoffel Vandornla Niko Hülkenberqin adları hallanırdı. Lakin dünən yeddiqat Dünya Çempionunda virus aşkarlandıqdan sonra Mercedes Williams ilə danışıqlara başlayıb və sonda Britaniya komandasını razı sala bilib. Bu gün isə Almaniya təmsilşisi rəsmi açıqlamanı verib.

Xatırladaq ki, Rassell Mercedes sürücü proqramından çıxıb və o, “gümüşü oxlar”la bir neçə dəfə testlərdə iştirak edib.

Williams komandası isə Corc Rasselin əvəzinə Cek Aytkeni yarışdıracaq.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*