J.Vilnöv: Hamilton çox səhv edir

Formula1 üzrə 1997-ci ilin Dünya Çempionu Jak Vilnöv bildirib ki, Maks Ferstappen bu il çempionluğa layiqdir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü bu il yeddiqat Dünya Çempionu Lyuis Həmiltonla amansız mübarizə aparır və hazırda rəqibini 4 xal qabaqlayaraq, çempionata liderlik edir.

Jak Vilnöv: “Lyuis uzun illərdir ki, asanlıqla qələbələr qazanır və belə olan halda, Ferstappeni seçirəm. O, çempionluğa layiqdir. Hazırda sadəcə iki dəfə səhv edib: Biri Bəhreyndə tras xaricinə çıxıb, qələbəni əldən vermək, ikinci Portuqaliyada trasdan çıxıb, sürətli dövrəni itirməsi. Bu qədər.

Lyuisin isə İmolada bəxti gətirdi. O yarışda xalsız qala bilərdi. Qırmızı bayraqlar doğru zamanda çıxdı və bunun hesabına ikinci ola bildi. Ancaq Lyuis böyük səhv etmişdi. Bakıda da səhv elədi. Bunun səbəbinin dəxli yoxdur. Çox böyük xəta idi. Monakoda səhv etmədi, lakin komanda yoldaşından zəif performans göstərdi.

Bottas bu il ölüb. İmolada çox geridə idi. Bakıda da heç nə edə bilmədi. Mövsümə çətinliklərlə başlamasına baxmayaraq, Peres ondan güclü görünür. Buna görə də Red Bull-un lider olması təbiidir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*