C.Batton: “Həmiltondan liderliyi almaq mümkün deyil”

Sabiq Formula1 sürücüsü Censon Batton bildirib ki, Həmilton çempionluğa çox yaxındır.

F-1.az xatırladır ki, üçqat Dünya Çempionu mövsümün bitməsinə 4 yarış qalmış ən yaxın rəqibi Fetteli 59 xal qabaqlayır.

Censon Batton: “Hazırda Lyuis formadadır və aradakı xal fərqinə baxsaq, onun əlindən çempionluğu almaq çətin məsələdir. Amma Sebastyanın başına gələnləri görəndə hər şeyin mümkün olduğunu görürük. Növbəti yarışlarda etibarlılıq problemləri vacib rol oynayacaq.

Həmilton keçən il çox problem yaşadı və buna görə də çempionluğu itirdi. Bu il axtardığı fürsət əlinə düşdü və problemlər Fettelin başına gəldi. Ferrari və Mercedes kimi iki böyük komandanın çempionluq uğrunda mübarizəsini görmək mükəmməldir. Uzun illər idi ki, fərqli komandaların mübarizəsini görmürdük. Ümid edirəm ki, Red Bull da onlara qoşular”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*