J.Vilnöv: “Həmilton ən güclü maşınlarla çempion olur”

Formula1 üzrə 1997-ci ilin Dünya Çempionu Jak Vilnöv bildirib ki, Həmilton güclü maşınların hesabına çempion olub.

F-1.az xatırladır ki, britaniyalı sürücü 2014-cü ildən bəri 4 Dünya Çempionluğu qazanıb.

Jak Vilnöv: “Həm Şumaxer, həm də Həmilton ən yaxşı bolidlərlə çempion oldular. Karyeraları ərzində ən yaxşı maşını sürdülər. Lyusi Williams komandasına qoysaq, çempion ola bilməz. Təbii ki, Lyuis yaxşı sürücüdür və hansı komandaya getməli olduğunu yaxşı bilir. Komandanı ətrafına toplayır. Ferrari-də olsa, çempionluq qazana bilməzdi.

Senna ilə Həmiltonu müqayisə etmək axmaqlıqdır. Fanxio səviyyəsində olduğunu deyənlər var, amma bunu necə müqayisə edirlər? Fərqli dövrlərin sürücüləridir. Formula1-də həmişə güclü maşınla qalib gəlirlər. Senna da, Prost da elə çempion olub”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*