D.Kvyat: “Sürücülər trasda mübarizə aparmalıdırlar”

Daniil Kvyat hesab edir ki, Formula1-də lazımi qədər təhlükəsizlik tədbirləri görülüb və daha artığına ehtiyac yoxdur.

F-1.az xatırladır ki, Braziliya yarışınım yarısından çoxu təhlükəsizlik avtomobilinin arxasında keçmişdi.

Daniil Kvyat: “Formula1 son illərdə təhlükəsizlik anlamında çoxlu yeniliklər edib və bunlar yaxşı alınır. Amma məncə, bir az yavaşlamalıyıq. Xüsusən də, fanlar Braziliyadakı kimi yarışlardan həzz almırlar. Təhlükəsizlik və izləyicinin həzz alması arasındakı balansı qorumalıyıq”.

Sabiq Formula1 sürücüsü Niki Lauda da Kvyatla razıdır: “Sürücülər trasda bir-birilərilə mübarizə aparmalıdırlar. 40 il əvvəl olduğu kimi. Bizim dövrümüzdə idman 1000 qat daha təhlükəli idi. Amma biz yazılı olmayan qaydalarla yarışırdıq. Məncə, Alonsonun yarışdan sonra Fettelə xəbərdarlıq etməsi doğru idi”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*