B.Ekklstoun: Fettel Ferrari-dən getməlidir

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, Sebastyan Fettel ilin sonunda Ferrari-dən ayrılmalıdır.

F-1.az xatırladır ki, almaniyalı sürücünün komandası ilə müqaviləsi ilin sonunda bitəcək. Dördqat Dünya Çempionunun MCLaren və ya Renault-ya keçəcəyi ilə bağlı iddialar var.

Berni Ekklstoun: “Jan Totdun oğlu Nikolyanın menecerliyini etdiyi Şarl Lekler gəldikdən sonra Sebastyanın performansı zəiflədi. Məncə, Binotto ona yaxşı dəstək olmur. Sebastyan 2021-ci il üçün alternativləri dəyərləndirməlidir”.

Sebastyan Fettel son mövsümdə bütün statistikalarda komanda yoldaşı Şarl Leklerin gerisində qalıb və mövsümü beşinci yerdə tamamlayıb. Qeyd edək ki, bu, almaniyalı sürücünün 2008-ci ildən sonra ən pis nəticəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*