12 Dekabr 2019, Cümə axşamı - 20:35

Bakı Qran Prisinin tarixi dəyişdirilməyib

Bakı Qran Prisinin tarixi dəyişdirilməyib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:59 - 28 Sentyabr, 2015

Son 10 il ərzində Avstraliya Qran Prisinin tarixi müxtəlif günlərə təsadüf edib – yarış martın 2-dən 29-dək keçirilib. Gələn mövsüm üçün tərtib edilmiş təqvimin ilkin versiyasında Melburn yarışı aprelin 3-nə təyin olunmuşdu.

Formula1 Azərbaycanda” (www.F-1.az) saytı Almaniyanın Auto Motor und Sport saytına istinadən xəbər verir ki, Formula1-in kommersiya başçısı Berni Ekklstoun komandaların və yarış promouterlərinin maraqlarını nəzərə alaraq təqvimdə dəyişikliklər etməyə hazırdır. Sayt bildirir ki, mövsümün ilk yarışı Albert Parkda martın 20-də baş tutacaq, Bəhreyn və Çin yarışları yerlərini dəyişiblər, Malayziya yarışı isə ay yarım gec keçiriləcək – təşkilatçılar hesab edirlər ki, bu yerdəyişmələr biletlərin satışına müsbət təsir edəcək.

Təqvimin yeni versiyası da son deyil, amma artıq 2 gündən sonra bu versiya Beynəlxalq Avtomobil Federasiyasının (FİA) AvtoİDman üzrə Ümumdünya Şuarsının növbəti iclasında təsdiq oluna bilər. F-1.az xatırladır ki, təqvimin bütün versiyalarında Bakıda keçiriləcək Avropa Qran Prisinin tarixi dəyişməz qalıb – gələn il 17 iyulda ölkəmiz çempionatda debüt edəcək…

2016-cı il mövsümünün təqvimi, ilkin versiya:
20 mart – Avstraliya Qran Prisi (Albert Park)
03 aprel – Bəhreyn Qran Prisi (Saxir)
17 aprel – Çin Qran Prisi (Şanxay)
01 may – Rusiya Qran Prisi (Soçi)
15 may – İspaniya Qran Prisi (Barselona)
29 may – Monako Qran Prisi (Monte Karlo)
12 iyun – Kanada Qran Prisi (Monreal)
26 iyun – Böyük Britaniya (Silverstoun)
03 iyul – Avstriya (Şpilberq)
17 iyul – Avropa Qran Prisi (Bakı)
31 iyul – Almaniya Qran Prisi ( (Hokkenhaym)
07 avqust – Macarıstan Qran Prisi (Hunqarorinq)
04 sentyabr – Belçika Qran Prisi (Spa)
11 sentyabr – İtaliya Qran Prisi (Montsa)
25 sentyabr – Sinqapur Qran Prisi (Marina Bey)
02 oktyabr – Yaponiya Qran Prisi (Suzuka)
16 oktyabr – ABŞ Qran Prisi (Ostin)
30 oktybar – Meksika Qran Prisi (Mexiko)
06 noyabr – Braziliya Qran Prisi (San Paulu)
20 noyabr – Malayziya Qran Prisi (Sepanq)
27 noyabr – Abu Dabi Qran Prisi (Yas Marina)


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 962
Teqlər , , ,
Paylaş

logo