25 Avqust 2019, Bazar - 06:41

B.Ekklstoun Formula1-in fəxri prezidenti olacaq?

B.Ekklstoun Formula1-in fəxri prezidenti olacaq?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:22 - 21 Yanvar, 2017

Biz artıq xəbər vermişdik ki, Berni Ekklstoun tezliklə Formula1-də menecmentin başçısı vəzifəsini tərk edə bilər – Sky News telekanalı çempionatın yeni sahibi Liberty Media şirkətinin yeni planlarına aydınlıq gətirib.

Britaniya telekanalının bildirdiyinə görə, Liberty Media Group çempionatın komandaları ilə kompromisə getməyə hazırdır – Formula1-in səhmlərini komandalara satmaq üçün şirkət yeni şərtlər planı hazırlayır. Şirkət öz planlarını Formula1-in alınması üzrə sövdələşmə başa çatan kimi elan edəcək. Telekanalın bildirdiyinə görə, şirkətin planında birinci yerdə Ekksltonun vəzifəsindən göndərilməsi durur – hətta bu istefanın gələn həftə elan olunması gözlənilir.

Berniyə Formula1-in ömürlük fəxri prezidenti vəzifəsi təklif olunub, amma aydındır ki, onun funksiyaları məhdudlaşacaq – bununla Liberty Media göstərmək istəyir ki, çempionatın kommersiya sferasında radikal dəyişiklər etmək niyyətindədir.

Keçən ilin payızında Formula1-in direktorlar şurasının sədri təyin olunmuş Çeyz Keri sövdələşmə başa çatan kimi yeni təyinatlar barədə bəyanat vermək fikrindədir. F-1.az xəbər vermişdi ki, Şon Bratçes marketinq departamentinə başçılıq edə bilər. Gözlənildiyinə görə bütün idman məsələlərinə Ross Braun mükəlləf olacaq.

Sky News-un mənbələri xəbər verirlər ki, dünən Liberty Media-nın başçıları komandaların F1 səhmlərini almaq istəmələrinə dərhal reaksiya veriblər və öz mövqelərini ciddi dəyişiblər. Komandalar hesab edirlər ki, səhmlərin satışına qoyulmuş 10 illik qadağa uzun müddətdir. Çox güman ki, bu müddət ya ciddi azaldılacaq, ya da, ümumiyyətlə, ləğv olunacaq.

Maraqlıdır ki, Liberty Media yuxarıdakı məlumatların heç birinə şərh verməyib…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 442
Teqlər , , , ,
Paylaş

logo