Z.Braun narahatdır

McLaren-in rəhbəri Zek Braun bildirib ki, Liberty Medianın yeni rəhbəri Formula1 dünyasından olmamalıdır.

F-1.az bildirir ki, 65 yaşlı Çeyz Keri təqaüdə çıxdıqdan sonra Red Bull-dan Kristian Horner və y Mercedes-dən Toto Volffun onu əvəzləyəcəyi iddia edilir.

Zek Braun: “Məncə, bir komandadan gəlmək mümkündür. Amma bunun fəsadları olmamalıdır. Bir komandadan olmasa da, olar. Məncə, idmandan yaxşı başı çıxan bir nəfər gələ bilər. Digər seriyalardan da bir nəfər ola bilər.

Mən McLaren-i sevirəm və hazırkı işimdən həzz alıram. İndiki halda əsas hədəfim McLaren-i yenidən zirvəyə qaldırmaqdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*