S.Vandorn qurban verildi?

McLaren komandasının sürücüsü Stoffel Vandorn bildirib ki, Fernando Alonsoya görə qurban verilib.

F-1.az xatırladır ki, belçikalı sürücü xal almağa namizədlərdən biri olsa da, Alonsodan 1 dövrə sonra – 20-ci dövrədə pitə çağırılıb. Pit-stopda vaxt itirən 26 yaşlı sürücü Lekler, Hartli, Eriksson və Maqnussenin arxasında trasa qayldıb və yarışı 14-cü yerdə bitirib.

Stoffel Vandorn: “Qurban edildiyimi düşünürəm. Pitə beş dövrə tez gəlməli idik. Fernando trasa öndə qayıtdı və mən də geriyə düşdüm. Məyusam.

Bilmirəm necə oldu. Yaşıl işıq yanmadı. Orada bir neçə saniyə itirdik”.

, , ,