C.Rassel: “Mercedes insaflıdır”

Williams komandasının sürücüsü Corc Rassel bildirib ki, Mercedes akademiya sürücülərinə qarşı Red Bull-dan daha insaflıdır.

F-1.az xatırladır ki, hazırda peletonda Red Bull akademiyasında yetişmiş 7 sürücü var. Mercedes isə Paskal Verlyayndan sonra Esteban Okona da komanda tapa bilmir.

Lakin Rassel düşünür ki, Aleksander Elbonn sonuncu Çin Qran Prisində Red Bull-un təzyiqinə görə qəza edib.
Corc Rassel: “Elbon hazırda əla performans göstərir. Məncə, hamı Red Bull-un yetirmələrinin üzərindəki təzyiqi hiss edir. Bolidi oturanda performanslarının 120 faizini göstərməlidirlər. Amma mənim üzərimdə belə təzyiq yoxdur. Əgər güclü performans göstərə bilməsəm, Mercedes məni komandada saxlamayacaq. Amma Formula2-də debüt edərkən pis həftəsonu keçirtmişdim. Toto mənə dedi ki, narahat olma. Hələ qarşıda bizi çoxlu yarışlar gözləyir. Amma ofisinə gedəndə elə bilirdim ki, məni danlayacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*