C.Rassell: Mənim də vaxtım gələcək

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, onun da qələbəlrə qaznacağı dövrlər gələcək.

F-1.az xatırladır ki, Meredes komandası 2014-2021-ci illərdə ardıcıl 8 dəfə Mühəndislər Kubokunda qalib gəlmişdi. Lakin almaniyalı istehsalçı 2022-ci ildəki yeni reqlamentə uyğunlaşa bilməmiş və geriləmişdi. Bu mövsüm də “gümüşü oxlar” üçün yaxşı keçməyib.

Corc Rassell də Mercedes-ə gələndə düşünürdü ki, titul uğrunda mübarizə aparacaq, amma o iki ildə bu mübarizəyə heç yaxın düşə bilmir.

Corc Rassell: “Bir idmançı kimi çox çətin haldır. Həyatım boyu Formula1-də olmağı və qələbə uğrunda mübarizə aparmağı xəyal etmişəm. Sonra isə burada olub, qələbə qazana bilməmək çətin haldır.

Lyuis və mən burada iki sürücüyük, amma bizdən başqa komandada 2 min adam var. Hamısı bizimlə eyni istəyi bölüşür və bolidin inkişafı üçün əllərindən gələni edirlər. Yəni ki. onlar da bizim qədər məyusdurlar.

Mənim 25 yaşım var. Fernandoya baxanda burada daha 15 ilimin olduğunu düşünürəm. Bundan başqa Şumaxer idmanın ən yaxşılarındandır və o, Ferrari ilə hegeminluğa başlayanda 30 yaşına çatmışdı. Yəni ki, mənim də vaxtım gələcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*