Marussia Virgin öz qış bayramını keçirir

Bu uik-end Marussia Virgin Racing komandası İsveçrənin Sent Moris dağ kurortunda öz xizək festivalını keçirir. Komandanın rəhbərləri, sürücüləri, sponsorları və […]

Bu uik-end Marussia Virgin Racing komandası İsveçrənin Sent Moris dağ kurortunda öz xizək festivalını keçirir. Komandanın rəhbərləri, sürücüləri, sponsorları və işgüzar tərəfdaşları İsveçrəyə toplaşıblar. Jordan komandasının keçmiş sahibi, hazırda ВВС-nin şərhçisi Əddi Cordan xüsusi qonaq qismində bayrama dəvət olunub: Əddinin zərb alətlərində ifa etdiyi rok qrupu şənbə günü axşam toplaşanlara konsert verib.

Aydın məsələdir ki, Marussia Virgin-in festivalı Ferrari-nin hər il təşkil etdiyi Wrooom tədbiri kimi irimiqyaslı və səsli-küylü alınmayıb, amma Sent Morisdə də toplaşanlar üçün maraqlı və şən olub. Yeri gəlmişkən, məhz Əddi Cordana xizək festivalında ən yaxşı çıxışına görə xüsusi Cosworth Kuboku təqdim olub – bu barədə Cosworth şirkətinin Twitter-dəki bloqunda məlumat yayılıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*