Şassinin 2.0 versiyasının meydana çıxması komandanın rəhbəri Ceyms Vaulz və yenilənmiş texniki heyətin həyata keçirdiyi texnoloji inqilabın nəticəsi olub – komandaya müasir yanaşmalar və iş metodları gəlib.
Onlardan biri kompozit materiallarla iş üzrə yeni texnologiyalar olub. Williams son 15 ildə istifadə etdiyi köhnəlmiş ənənəvi laminasiyadan imtina edib. Vaulz zarafatla deyib ki, son ana qədər yeni metodikanı sirr saxlamağa çalışıb – konstruktor şöbəsində cəmi 7 nəfər və istehsalatda 15 nəfər Williams-ın yeni metodikasından xəbərdar olub.
İş bütün ötən il ərzində gedib, lakin hesablamalardakı səhvə görə yeni üsulla hazırlanan detallar ötən qış çarpma (krəş) testlərdən keçməyib – və FW48 layihəsini ənənəvi metodika ilə hazırlanan detallara uyğun olaraq təcili şəkildə yenidən işləmək lazım gəlib. Nəticədə maşın ağır alınıb, artıq çəkisi onlarla kiloqram olub.
Lakin komandada işi davam etdiriblər və məqsədlərinə çatıblar. FW48 tələb olunan krəş testlərdən keçib və Bakıdakı uik-endə Williams minimum çəki tələblərinə cavab verən iki yüngül şassi gətirib.
Bundan başqa, komanda çoxlu aerodinamik yenilik hazırlayıb. Həmin yeniliklər asfaltayatma qüvvəsinin səviyyəsini xeyli artırmalıdır, bu isə çəkinin azalması ilə birlikdə nəticələrin ciddi şəkildə yaxşılaşacağına ümid etməyə imkan verir.





