22 May 2019, Çərşənbə - 03:04

B.Senna tezliklə debüt edəcəyinə əmindir

B.Senna tezliklə debüt edəcəyinə əmindir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:17 - 08 Oktyabr, 2009

Keçən il Bruno Senna GP2 seriyasında ikinci yeri tutmuşdu, testlərə dəvət alan braziliyalı sürücü pis təsir buraxmamışdı – Honda komandası […]

Keçən il Bruno Senna GP2 seriyasında ikinci yeri tutmuşdu, testlərə dəvət alan braziliyalı sürücü pis təsir buraxmamışdı – Honda komandası onun Censon Battona komanda yoldaşlığı edəcəyindən danışırdılar, amma Honda şirkəti çempionatı tərk etdi, Ross Braun isə təcrübəli Rubens Barrikelloya üstünlük verdi. Bu gün Abu Dabidə mətbuat konfransında Bruno jurnalistlərə bildirib ki, gələn mövsüm debüt edəcəyinə əmindir…

Bruno Senna: “Mən öz şansımı 90% qiymətləndirirəm, mən əminəm ki, gələn mövsümü Formula1-də keçirəcəm. Bu il asan olmadı, mən hiss edirdim ki, çempionatdan uzaqlaşıram. Mövsümün əvvəlində hamı reqlamentdən və ikiqat diffuzorlardan danışırdı, komandaların başı qarışıq idi, danışıqlara vaxt yox idi, amma sonra maraqlı təkliflər aldım və biz danışıqlara başladıq.

Vəziyyət nikbindir, bizim bir neçə yaxşı variantımız var, hərçənd hazırda sürücülər bazarında çoxlu sərbəst sürücü var, bu isə debüt etmək istəyən sürücülərin işini çətinləşdirir. Xoşbəxtlikdən, yeni komandaların çempionata gəlməsi ilə çoxlu vakansiyalar peyda olub və mən ümid edirəm ki, artıq İnterlaqosda biz bəyanat verəcəyik

Biz yeni komandalarla danışıqlar aparırıq, Campos və Virgin-lə, amma mən köhnə komandalarla müqaviləyə üstünlük verərdim. Yeni komandaların gələcəyi sual altındadır, mən isə yeni maşında potensialımı realizə etməyə əmin olmalıyam. Biz Force İndia ilə də əlaqələr saxlayırıq, amma bir az gözləmək lazımdır – bəlkə biz razılaşdıq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 211
Teqlər
Paylaş

logo