L.Həmilton getməyəcək

Mercedes komandasının sürücüsü Lyuis Həmiltonun karyerasını bitirmək fikri yoxdur.

F-1.az xatırladır ki, britaniyalı sürücü Formula1 karyerası ərzində 87 poul, 81 qələbə və 5 Dünya Çempionluğu qazanıb. Həmiltonun əfsanəvi Mixael Şumaxerdən 10 yarış qələbəsi ayırır. Belə görünür ki, qaradərili sürücü Mixaelin qələbə və çempionluq rekordlarını da qıracaq.

Lyuis Həmilton: “Bir gün karyeramı bitirəcəm, ancaq hazırda fiziki və zehni cəhətdən özümü yaxşı hiss edirəm. Yaxın zamanda karyeramı bitirməyəcəm. Görüləcək işlərim var və daha çox yarış qazanacam.

Mercedes-lə inanılmaz macəralar yaşayırıq, Bu komanda ilə ilk qələbəmi 2013-cü ildə Macarıstanda qazanmışdım və daha sonra daha da inkişaf etdik. Bu komandada olmaq heyratamizdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*