L.Həmilton: Gələn mövsüm geri dönəcəyik

Lyuis olduqca çətin mövsümü geridə qoyan Mercedes komandasına təşəkkür edib və gələn il ən yaxşısına ümid etdiyini bildirib.

F-1.az xatırladır ki, komanda turboera başlayandan bəri ilk dəfə Mühəndislər Kubokunun qalibi ola bilməyib, ümumi nəticədə hətta Ferrari-dən də geri qalaraq üçüncü olub. Sürücülər çempionatında isə ardıcıl iki ildir ki, titula həsrətdirlər.

Lyuis Həmilton: “Əminəm ki, komandanın ümumi fikri də belədir –  bu mövsüm nəhayət başa çatdığı üçün şadam. Mən onun üçün darıxmayacağam! Bununla belə, komandama bu il etdikləri üçün təşəkkürümü bildirmək istəyirəm. Biz bütün bunları birlikdə yaşadıq və gələn il yenidən zirvəyə qalxmağımıza kömək edəcək çox şey öyrəndik. Şübhə etmirəm ki, biz daha da güclənərək mübarizəyə qayıdacağıq. Biz qayıdacağıq, mən qayadacağam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*