M.Şmidt: Vassyör Ferrari-də tamzamanlı işləyəcək

Auto Motor und Sport nəşrinin yazarı Mixael Şmidt bildirib ki, Frederik Vassyör Ferrari-də tam zamanlı işləyəcək.

F-1.az xatırladır ki, fransalı mütəxəssis Alfa romeo komandasında yarımzamanlı işləyirdi, amma Ferrari-də işlər dəyişəcək.

Mixael Şmidt: “Uzun müddət idi ki, müzakirə gedirdi, çünki Ferrari komandasının rəhbərisinizsə, 24 saat Maranello-da olmalısınız. Vassyör Sauber-də belə etmirdi.

Vassyörün işlərini qaydasına salması lazım idi. Buna görə də onun Ferrari-yə keçidi yubandı. İndidən sonra vassyör həmişə Maranelloda olacaq”.

, ,