V.Bottas mükəmməl dövrə vurmaqda çətinlik çəkib

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, yaxşı dövrə vurmaqda çətinlik çəkib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü 1:30.147 zaman nəticəsi ilə Fransada sıralanma turunda ikinci olub.

Valtteri Bottas: Pis dövrə vurmadım. Bu həftəsonu mükəmməl dövrə vurmaqda çətinlik çəkirəm. İkinci sərbəst yürüşlərdə çox vaxt itirdik. Üçüncü sərbəst yürüşlərdə isə dövrə vura bilmədik. Sıralanma turu ərzində inkişaf etməyə çalışdıq. Buna görə ilk cərgəni tutmaq mükəmməl nəticədir. Yeni mühərrik özünü yaxşı hiss etdirir. Təzə və güclüdür. Komanda inanılmaz iş gördü. Ümid edirəm ki, sabah əsl gücümüzü göstərcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*