K.Çandok: Bottas çox pis iş görür

Sabiq Formula1 sürücüsü Karun Çandok bildirib ki, Mercedes əgər Valtteri Bottasla yollarını ayırsa, bu, çox təəccüblü olacaq.

F-1.az xatırladır ki, bəzi iddialara əsasən Mercedes gələn mövsüm Həmiltonun yanına ya Fetteli ya da Rasseli gətirmək istəyir.

Karun Çandok: “Valtteri dünyanın ən yaxşı işini görür. Çünki Mercedes kimi komandada yarışır. Digər tərəfdən isə ən pis işini görür, çünki komanda yoldaşı Lyuis Həmiltondur və o, F1 tarixinin ən yaxşı beş sürücüsündən biridir. Bottas və Elbon ən pis işi görürlar.

Bottas Barselonadakı qış testlərində yaxşı performans göstərdi ancaq bu performansı tez-tez göstərməlidir. Zehni cəhətdən nə edəcəyini bilmirəm.

Mercedes Valtterini dəyişdirsə, təəccüblənərəm. Bu mövsüm qısa olacaq və gələn il də builki maşınların bir az güclənmiş versiyasını sürəcəklər. Buna görə də sürücü heyətini dəyişmək düzgün olmaz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*