Monsada Ferrari Santander-lə əməkdaşlığı barədə elan ed

Cümə axşamı Monsada Ferrari rəsmən elan edəcək ki, onun yeni sponsoru İspaniyanın ən böyük bankı Santander olacaq. İtaliya Qran Prisi […]

Cümə axşamı Monsada Ferrari rəsmən elan edəcək ki, onun yeni sponsoru İspaniyanın ən böyük bankı Santander olacaq. İtaliya Qran Prisi ərəfəsində xüsusi mətbuat konfransı keçiriləcək, konfransda Ferrari-nin prezidenti Luka di Montedzemolo və Santander-in prezidenti Emilo Botin iştirak edəcəklər.

Santander-lə əməkdaşlığın başlanğıcının elan olunmasından sonra Fernando Alonsonun Ferrari-yə keçməsi barədə şayiələrin güclənməsi gözlənilir, hərçənd, məlum deyil ki, Skuderiya Monsada gələnilki heyətini açıqlacayaq. Komandanın rəhbərləri artıq bildirmişdilər ki, Felipe Massanın sağalmasını gələn ildən tez gözləmirlər, bundan başqa Ferrari-nin Kimi Rəykkönenlə də müqaviləsi var, amma finlandiyalı sürücüyə kompensə pulu ödəmək olar.

Santander bankı Formula1-ə 2007-ci ildə gəlmişdi, o zaman bank Fernando Alonsonun yeni komandası McLaren-lə üçillik müqavilə bağlamışdı…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*