M.Ferstappen: “Gözlədiyim yerdəyəm”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, gözlədiyi yerdədir.

F-1.az xatırladır ki, 19 yaşlı sürücü Avstraliyadakı birinci sərbəst yürüşlərdə 4-cü olsa da, ikinci sərbəst yürüşlərdə çınqıllı sahəyə çıxaraq, bolidin altlığına zərər verib və sadəcə 8 dövrə vura bilib. Beləliklə, hollandiyalı sürücü günü 8-ci yerdə başa vurub.

Maks Ferstappen: “Bu gün əsas olan bolidin balansını tapmaq və sazlanmalar üzərində işləmək idi. Hazırda gözlədiyimiz yerdəyik. Mercedes ən sürətli komandadır və arxalarında Ferrari var. Amma italyanlarla aramızda böyük fərq yoxdur.

RB13-ü Albert Parkda sürmək həzz verir. Buranı sevirəm və döngələri çox gözəldir. Şəhər tipli tras olduğu üçün sıralanma turu əyləncəli keçəcək. Əlimizdən gələni etməli və yarışa gözəl yerdən başlamalıyıq. Öndəki komandalara çatmaq asan olmayacaq. Onlardan çox işləməliyik. Bu gün ikinci sessiyada səhv etməsəydim, daha çox dövrə vura bilərdim. Amma artıq bunları düşünməyin vaxtı deyil. Sabahkı sərbəst yürüşlərdə itirdiyim vaxtı kompensə etməyə çalışacam. Yarışa yaxşı start verib, önlərdə olmaq istəyirik. Burada ötmə etmək çətindir və buna görə də strategiya çox vacibdir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*