Təhlükəsizlik Maşınının reqlamenti barədə

FİA bu il Təhlükəsizlik Maşınının arxasında sürücülərin hərəkətini reqlamentdə dəyişdirib, yəni bir dövrə geri qalmış sürücülər yarışın direktorunun siqnalından sonra […]

FİA bu il Təhlükəsizlik Maşınının arxasında sürücülərin hərəkətini reqlamentdə dəyişdirib, yəni bir dövrə geri qalmış sürücülər yarışın direktorunun siqnalından sonra TM-i keçərək peletonun sonuna qoşula bilərlər.

Yəni dövrəvi sürücülər liderlərə mövqe mübarizəsində mane olmaycaqlar və liderlər restarta qədər öz həqiqi mövqelərini tutacaqlar. Dövrəvi sürücülərin yerlərinə qayıtması zamanı peleton trayektoriyada qalmalıdır və təkərlərlə əyləci qızdrımaq üçün ziqzaq hərkətləri etməməlidir. Təəssüf ki, bu qaydaya heç də həmişə əməl olunmur, ona görə də qəza şəraitinin yaranması riski olur.

Timo Qlok: “Malayziyada çoxlu xoşagəlməz vəziyyət gördüm, Heykki Kovalaynen çətniliklə bir neçə dəfə qəzadan qurtula bildi – o düz mənim qarşımda gedirdi. Təəssüf ki, sürücülər arasında qarşılıqlı anlaşma olmadı, mənim özüm ötmələrə o qədər çox vaxt itirdim ki, restarta qədər peletona çata bilmədim.

Buna görə də mən bir neçə yer itirdim – restarta qədər mən dövrənin yalnız yarısını keçmişdim, bir neçə dövrədən sonra liderlər yenidən mənə çatdılar və mən bir daha demək olar ki, bütün peletonu buraxmalı oldum, əgər bu baş verməsəydi, Maldonadonun qəzasından sonra yekun protokolda 13-cü ola bilərdim.”

Təhlükəsizlik Maşınının arxasında ötmələr Avstraliya və Malayziyada müzakirə olunmuşdu, çox güman ki, Şanxayda FİA və sürücülər yenidən bu məsələyə qayıdacaqlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*