Çempionlar Yarışı-2010 Almaniyada keçiriləcək

23-cü Çempionlar Yarışı noyabrın 26-27-də Almaniyanın Düsseldorf şəhərinin bağlı Esprit arenasında keçiriləcək – tribunlara 50 min tamaşaçı toplaşa bilər, bu […]

23-cü Çempionlar Yarışı noyabrın 26-27-də Almaniyanın Düsseldorf şəhərinin bağlı Esprit arenasında keçiriləcək – tribunlara 50 min tamaşaçı toplaşa bilər, bu barədə mövsümü başa vuran ənənəvi yarışın təşkilatçıları məlumat veriblər.

Dördüncü il ardıcıl olaraq yarışda Mixael Şumaher və Sebastyan Fettel çıxış edəcəklər – onlar artıq razılıq veriblər və birinci olaraq müqavilə imzalayıblar. Onlardan başqa, əlbəttə, Düsseldorfda start xəttinə avtoidmanın müxtəlif seriyalarını təmsil edən məşhur sürücülər çıxacaq.

Mixael Şumaher: “Yaxşıdır ki, bu dəfə Çempionlar Yarışı Almaniyada olacaq, xüsusən də, son üç ildə Millətlər Kubokunu biz Fettellə qazanmışıq. Təşkilatçılar əla qərar qəbul ediblər və mən keçən il qazandığım titulu doğma tribunalar qarşısında müdafiə etməyə şad olacaq.

Şəxsi hesabda hərə özü üçün mübarizə aparacaq, ona görə də baxaq görək bu dəfə kim qalib gələcək. Həmişə kolleqalarla trasdan kənarda görşümək xoşdur, amma biz sükan arxasına oturduqda çox ciddi mübarizə aparırıq.”

Sebastyan Fettel də şaddır ki, son 20 ildə birinci dəfə Çempionlar Yarışı Almaniyada baş tutacaq…

Sebastyan Fettel: “Bu nadir təcrübə olacaq və mən ümid edirəm ki, alman azarkeşlər məni və Mixaeli yaxşı qəbul edəcəklər. Biz isə gəncliyin və təcrübənin yaxşı kombinasiyasını göstərməklə titulumuzu qorumağa çalışacayıq, hərçənd, bilirik ki, bu asan olmayacaq, axı rəqiblərimiz güclüdürlər.

Keçən il mən şəxsi hesabın yarımfinalında qəzaya uğradım, ona görə də ümid edirəm ki, bu dəfə finala çıxacam və yaxşı nəticə göstərəcəm. İstənilən halda bu mövsümün əla sonluğu olacaq.”

Çempionlar yarışının dəyişməz təşkilatçısı Mişel Muton (dünya rallisinin tarixində ən məşhur qadın sürücü bu yarışalrı 1988-ci ildə fikirləşib) əlavə edib: “Çində və Londonun Uembli stadionundakı uğurlu yarışlardan sonra biz müxtəlif ölkələrdən dəvətlər almışıq, amma hər şeyi ciddi ölçüb-biçdikdən sonra seçimimizi Almaniyada saxladıq.

1989-cu ildə 2-ci Çempionlar Yarışı Nürburqrinqdə keçirilmişdi – o zaman almana zarkeşlər bizi yaxşı qarşılamışdılar, ona görə də biz qərara aldıq ki, uzunillik fasilədən sonra biz Almaniyaya qayıtmalıyıq. Mixael Şumaher və Sebastyan Fettel Düsseldorf arenasında mübarizəyə başlayanda atmosfer isti olmağı vəd edir – hətta noyabrın sonunda belə!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*