Belçika-2017: Üçüncü stüard – Mika Salo

Hər il olduğu kimi, bu dəfə də FİA Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Bu dəfə stüardlara Mika Salo kömək edəcək.

F-1.az xatırladır ki, finlandiyalı sürücü 1994-2002-ci illərdə Lotus, Tyrrell, Arrows, BAR, Ferrari, Sauber və Toyota komandalarında 109 dəfə starta çıxaraq 2 podium qazanıb. Mika hazırda SMP Formula4 çempionatının idman direktorudur.

Sonuncu dəfə finlandiyalı sürücü bu il Avstriyada stüardlıq etmişdi, Belçika Qran Prisinin mübahisəli insidentlərini araşdırmaqda ona Almaniyanın DMSB assosiasiyasının üzvü, DTM-in daimi stüardı Gerd Ennzer və ralli yarışlarının, dözümlülük yarışlarının qalibi, WTCC-nin daimi stüardı Baham Lexal kömək edəcəklər.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*