24 Avqust 2019, Şənbə - 11:58

Hindistan Qran Prisi: Yarış

Hindistan Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:10 - 11 Noyabr, 2012

Quru. Günəşli. Havanın temperaturu +30° C, trasın temperaturu +36° C Mövsümün sonunda Red Bull komandası çempionatda öz xeyrinə dönüş edə […]

Quru. Günəşli. Havanın temperaturu +30° C, trasın temperaturu +36° C

Mövsümün sonunda Red Bull komandası çempionatda öz xeyrinə dönüş edə bilib. Sebastyan Fettel ardıcıl 3 qələbə qazanıb və Hindistana çempionatın lideri qismində gəlib. Uik-endin gedişində almaniyalı sürücü bütün məşqlərdə birinci olub və sıralanma turun Red Bull sürücüləri yenə də ilk cərgəni zəbt ediblər. İkinci cərgədə McLaren sürücüləri, üçüncü cərgədə isə Ferrari sürücüləri yer alıblar.

Mövsümdə 3-cü dəfə start düzümü sıralanma turunun nəticələrinə tam uyğun olub – heç kim cərimə almayıb. Startdan əvvəl Pirelli-nin mütəxəssisləri bildiriblər ki, yarış məsafəsini bir pit-stopla da qət etmək olar, amma komandalar yarışın əvvəlində, təkərlərin yeyilməsini qiymətləndirdikdən sonra qərar qəbul ediblər. Şumaher, Rikkardo, Qrojan və Kobayaşi Hard tərkibini seçiblər, qalan sürücülər isə starta Soft-la çıxıblar.

Startda Fettel poulun üstünlüyünü saxlayıb. Uebebrin arxasında isə Batton, Həmilton və Alonso ciddi mübarizəyə girişiblər, bir neçə mövqe dəyişikliyindən sonra Censon Alonso və Lyuisin önündə qala bilib. Şumaher və Vern təmas yaşayıblar və hər iki sürücü boksa yollanıb. 2-ci dövrədən sonra ilk onluq: Fettel – Uebber – Batton – Alonso – Həmilton – Massa- Rəykkönen – Peres – Hülkenberq – Rosberq.

Peleton uzanıb. 14-cü dövrədə Hülkenberq təkərləri yeyilmiş Peresi qabaqlayıb və Serxio boksa yönəlib. 16-cı dövrədə Qrojan Maldonadonu keçərək onluğa daxil olub – Senna da komanda yoldaşını qabaqlayıb. 19-cu dövrədə Rikkardo ilə mübarizədə Peresin maşınında təkər deşilib və meksikalı sürücü bir daha mexaniklərinə baş çəkməli olub. Bir neçə dövrədən sonra isə mübarizəni tam dayandırıb. 22-ci dövrədə isə Qrojan Rosberqi keçərək 9-cu yerə yüksəlib.

25-ci dövrədə Batton, 26-cı dövrədə Senna, 27-ci dövrədə Rəykkönen, Rosberq, Maldonado və Rikkardo, 28-ci dövrədə Massa və Hülkenberq pit-stoplarını reallaşdırıblar. Felipe trasa Rəykkönenin bərabərində qayıdıb və Kimi öndə qala bilib, amma düzlükdə F2012 sürətli olduğu üçün Massa mövqeyini geri qatara bilib. 29-cu dövrədə Alonso, 30-cu dövrədə Uebber mexaniklərinə qonaq olublar. Maldonadonun maşınında Kobayaşi ilə mübarizədə təkər deşilib və venesuelalı sürücü boksa tələsib. 32-ci dövrədə Həmilton, 33-cü dövrədə Fettel, 36-cı dövrədə isə Qrojan və Kobayaşi ilk və yeganə pit-stoplarını gerçəkləşdiriblər. 37-ci dövrədə ilk onluq: Fettel – Uebber – Alonso – Həmilton – Batton – Massa – Rəykkönen – Hülkenberq – Qrojan – Rosberq.

45-ci dövrədə Pedro de la Rosanın maşınında əyləclər imtina edib, 4-cü döngədə sürücü trasdan çıxıb. 47-ci dövrədə Alonso maşınında KERS imtina etmiş Uebebri keçərək ikinciliyə yüksəlib. 56-cı dövrədə Şumaher maşınını boksda saxlayıb, Senna isə Rosberqi keçərək onluğa daxil olub.

Fettel ardıcıl dördüncü inamlı qələbəsini qazanıb və çempionatda Alonso üzərində üstünlüyünü 13 xala çatdırıb. Gələn həftə Abu Dabidə bizi daha bir maraqlı yarış gözləyir!

YerPilotKomandaMotorVaxt
01S.FettelRed BullRenault1.31:10.744
02F.AlonsoFerrariFerrari+ 0:09.437
03M.UebberRed BullRenault+ 0:13.217
04L.HəmiltonMcLarenMercedes+ 0:13.909
05C.BattonMcLarenMercedes+ 0:26.266
06F.MassaFerrariFerrari+ 0:44.674
07K.RəykkönenLotusRenault+ 0:45.227
08N.HülkenberqForce İndiaMercedes+ 0:54.998
09R.QrojanLotusRenault+ 0:56.103
10B.SennaWilliamsRenault+ 1:14.975
11N.RosberqMercedes AMGMercedes+ 1:21.694
12P.di RestaForce İndiaMercedes+ 1:22.815
13D.RikkardoToro RossoFerrari+ 1:26.064
14K.KobayaşiSauberFerrari+ 1:26.495
15J.E.VernToro RossoFerrari+ 1 dövrə
16P.MaldonadoWilliamsRenault+ 1 dövrə
17V.PetrovCaterhamRenault+ 1 dövrə
18H.KovalaynenCaterhamRenault+ 1 dövrə
19Ş.PikMarussiaCosworth+ 1 dövrə
20T.QlokMarussiaCosworth+ 2 dövrə
21N.KartikeyanHRTCosworth+ 2 dövrə
22M.ŞumaherMercedes AMGMercedes+ 5 dövrə
P.de la RosaHRTCosworth
S.PeresSauberFerrari

Sürətli dövrə: Censon Batton (McLaren) – 1:28.203 (60-cı dövrə).

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01S.FettelRed BullRenault240
02F.AlonsoFerrariFerrari227
03K.RəykkönenLotusRenault173
04M.UebberRed BullRenault167
05L.HəmiltonMcLarenMercedes165
06C.BattonMcLarenMercedes141
07N.RosberqMercedes AMGMercedes93
08R.QrojanLotusRenault90
09F.MassaFerrariFerrari89
10S.PeresSauberFerrari66
11K.KobayaşiSauberFerrari50
12N.HülkenberqForce İndiaMercedes49
13P.di RestaForce İndiaMercedes44
14M.ŞumaherMercedes AMGMercedes43
15P.MaldonadoWilliamsRenault33
16B.SennaWilliamsRenault26
17J.E.VernToro RossoFerrari12
18D.RikkardoToro RossoFerrari9
19T.QlokMarussiaCosworth0
20H.KovalaynenCaterhamRenault0
21V.PetrovCaterhamRenault0
22J.D’AmbrozioLotusRenault0
23Ş.PikMarussiaCosworth0
24N.KartikeyanHRTCosworth0
25P.de la RosaHRTCosworth0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault407
02FerrariFerrari316
03McLarenMercedes306
04LotusRenault263
05Mercedes AMGMercedes136
06SauberFerrari116
07Force İndiaMercedes93
08WilliamsRenault59
09Toro RossoFerrari21
10MarussiaCosworth0
11CaterhamRenault0
12HRTCosworth0

Hindistan Qran Prisi: Yarış

Hindistan Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:34 - 25 Noyabr, 2011

Quru. Buludlu. Havanın temperaturu +21° C, trasın temperaturu +25° C Hindistan trasının konfiqurasiyasının hazırlanması zamanı German Tilke komandalarla məsləhətləşmişdi ki, […]

Quru. Buludlu. Havanın temperaturu +21° C, trasın temperaturu +25° C

Hindistan trasının konfiqurasiyasının hazırlanması zamanı German Tilke komandalarla məsləhətləşmişdi ki, trasda ötmək üçün maksimum imkan olsun, FİA isə DRS-dən istifadə üçün iki ötmə zonası təyin etmişdi, amma startdan əvvəl sürücülər vəziyyəti ehtiyatla şərh ediblər. Asfaltda qum və toz kifayət qədər olub, ona görə də trayektoriyadan ötmək üçün çıxmaq sürətin azalmasına səbəb olurdu.

Beş sürücü startda yer itirməklə cərimə olunmuşdu. Vitaliy Petrov koreya Mixael Şumaherlə toqquşmaya görə 5 yer, Narain Kartikeyan dünən sıralanma turunda yeddiqat dünya çempionunu bolka saldığına görə 5 yer, Lyuis Həmilton və Serxio Peres cümə günü sarı bayraqlara məhəl qoymadıqlarına görə 3 yer, Daniel Rikkardo isə maşınında ötürmələr qutusu dəyişdirildiyi üçün 5 yer itirməklə cərimə olunmuşdular.

Starta 15 dəqiqə qalmı Dən Ueldon və Marko Simonçellinin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Startda Fettel poulunu üstünlüyünü qoruyub saxlayıb, bir neçə döngədən sonra Batton Uebberi keçib, Şumaher 3 mövqe qazanıb. Peletonun sonunda Barrikello, Kobayaşi və Qlokun iştirakı ilə insident baş verib: Kamui mübarizədən kənar qalıb, bir az sonra Qlok da mübarizəni dayandırıb.

9-cu dövrədə Algersuari Sennanı keçərək onuncu yerə yüksəlib, komanda yoldaşından geri qalamayan Buemi də Sennanı keçib. 14-cü dövrədə Maldonadonun maşınında motor sıradan çıxıb. 15-ci dövrədə Buemi Sutili keçərək onuncu yerə yüksəlib və Adrian boksa tələsib.

17-ci dövrədə Uebber, Alonso və Həmilton təkərlərini dəyişiblər, 18-ci dövrədə Massa və Rosberq, 19-cu dövrədə Batton, Şumaher və Buemi, 20-ci dövrədə isə yarışın lideri Sebastyan Fettel ilk pit-stop reallaşdırıblar -S ebastyan liderliyini saxlayıb.

24-cü dövrədə Həmilton və Massa beşinci döngədə mövqe uğrunda mübarizədə toqquşublar, Lyuis yeni burun elementi üçün boksa tələsib. Stüardlar insidentdə Massanı günahkar bilərək pit-leyndən keçməklə cərimələyiblər. 26-cı dövrədə Bueminin maşınında motor sıradan çıxıb.

31-ci dövrədə Həmilton Algersuarini səkkizinic yer uğrunda mübarizdə qabaqlayıb. 32-ci dövrədə Massa pit-stopda Hard təkərlərlə trasa qayıdıb, amma iki dövrədən sonra asılqanı dağıldığı üçün mübarizəni dayandırıb.

38-ci dövrədə Uebber 40-cı dövrədə isə Alonso hard təkərlərinə keçiblər – ispaniyalı sürücü trasa rəqibinin önündə çıxa bilib. 46-cı dövrədə Rosberq, Batton və Həmilton, 47-ci dövrədə Algersuari və Fettel təkərlərini dəyişiblər. Sebastyan liderliyini saxlayıb. 51-ci dövrədə Şumaher son pit-stopunu keçirib və trasa komanda yoldaşı Rosberqin önündə qayıdıb.

Yarışın son dövrələrində Red Bull sürücüləri sürətli dövrələrlə növbələşiblər, amma sonda Sebastyan sürətli olub və Böyük Dəbilqə qazanıb: poul, startdan finişə qədər liderlik, sürətli dövrə və qələbə – mövsümdə 11-ci və karyerasında 21-ci.

McLaren komandası Mühəndislər Kubokunda ikinci yeri özünə təmin edib, şəxsi hesabda ikinci yer uğrunda mübarizə isə iki həfət sonra Abu Dabidə davam edəcək…

YerPilotKomandaMotorVaxt
01S.FettelRed BullRenault1.30:35.002
02C.BattonMcLarenMercedes+ 0:08.433
03F.AlonsoFerrariFerrari+ 0:24.301
04M.UebberRed BullRenault+ 0:25.529
05M.ŞumaherMercedes GPMercedes+ 1:05.421
06N.RosberqMercedes GPMercedes+ 1:06.851
07L.HəmiltonMcLarenMercedes+ 1:24.183
08X.AlgersuariToro RossoFerrari+ 1 dövrə
09A.SutilForce İndiaMercedes+ 1 dövrə
10S.PeresSauberFerrari+ 1 dövrə
11V.PetrovLotus Renault GPRenault+ 1 dövrə
12B.SennaLotus Renault GPRenault+ 1 dövrə
13P.di RestaForce İndiaMercedes+ 1 dövrə
14H.KovalaynenTeam LotusRenault+ 2 dövrə
15R.BarrikelloWilliamsCosworth+ 2 dövrə
16J.D’AmbrozioMarussia VirginCosworth+ 3 dövrə
17N.KartikeyanHispaniaCosworth+ 3 dövrə
18D.RikkardoHispaniaCosworth+ 3 dövrə
19Y.TrulliTeam LotusRenault+ 5 dövrə
F.MassaFerrariFerrari
S.BuemiToro RossoFerrari
P.MaldonadoWilliamsCoswort
T.QlokMarussia VirginCosworth
K.KobayaşiSauberFerrari

Sürətli dövrə: Sebastyan Fettel (Red Bull) – 1:27.249(60-cı dövrə).

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01S.FettelRed BullRenault374
02C.BattonMcLarenMercedes240
03F.AlonsoFerrariFerrari227
04M.UebberRed BullRenault221
05L.HəmiltonMcLarenMercede202
06F.MassaFerrariFerrari98
07N.RosberqMercedes GPMercedes75
08M.ŞumaherMercedes GPMercedes70
09V.PetrovLotus Renault GPRenault36
10N.HaydfeldLotus Renault GPRenault34
11A.SutilForce İndiaMercedes30
12K.KobayaşiSauberFerrari27
13X.AlgersuariToro RossoFerrari26
14P.di RestaForce İndiaMercedes21
15S.BuemiToro RossoFerrari15
16S.PeresSauberFerrari14
17R.BarrikelloWilliamsCosworth4
18B.SennaLotus Renault GPRenault2
19P.MaldonadoWilliamsCoswort1
20P.de la RosaSauberFerrari0
21Y.TrulliTeam LotusRenault0
22H.KovalaynenTeam LotusRenault0
23V.LiutsiHispaniaCosworth0
24J.D’AmbrozioMarussia VirginCosworth0
25T.QlokMarussia VirginCosworth0
26N.KartikeyanHispaniaCosworth0
27D.RikkardoHispaniaCosworth0
28K.ÇandhokTeam LotusRenault0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault595
02McLarenMercedes442
03FerrariFerrari325
04Mercedes GPMercedes145
05Lotus Renault GPRenault72
06Force İndiaMercedes51
07SauberFerrari41
08Toro RossoFerrari41
09WilliamsCosworth5
10Team LotusRenault0
11HispaniaCosworth0
12Marussia VirginRenault0

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 409
Teqlər
Paylaş

logo