S.Buemi Red Bull-un üçüncü sürücüsüdür

Toro Rosso komandasını tərk edən Sebastyen Buemi Red Bull-un dəstəyini itirməyib – qarşıdakı mövsümdə Buemi Red Bull komandasının üçüncü sürücüsü […]

Toro Rosso komandasını tərk edən Sebastyen Buemi Red Bull-un dəstəyini itirməyib – qarşıdakı mövsümdə Buemi Red Bull komandasının üçüncü sürücüsü olacaq, bu gün komanda rəsmən müqavilənin imzalanmasını təsdiq edib.

Kristian Horner:Red Bull Sebastyeni 2004-cü ildən dəstəkləyir, ona görə də bu müqavilə bizim əməkdaşlığımızın məntiqi davamıdır. Buemi komandanı yaxşı tanıyır, son üç ildə yarışlarda çıxış edib, təcrübəsi kifayət qədərdir. Sebastyen bu il bizimlə testlərdə və simulyatorda işləyəcək, hər bir yarışa ehtiyat sürücüsü kimi qatılacaq.”

Sebastyen Buemi: “Mən Formula1 də daha bir il qalmağa və çempion komanda ilə əməkdaşlığa şadam. Əlbəttə, mən yarışlarda iştirak etməyə üstünlük verərdim, amma Red Bull-la maşının təkmilləşdirilməsi üzərində işləmək mənim üçün ikinci vacib işdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*