26 Avqust 2019, Bazar ertəsi - 07:22

Çin Formula1-də uzun müddət qalmağa ümid edir

Çin Formula1-də uzun müddət qalmağa ümid edir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:29 - 01 Mart, 2011

Aprel ayında Formula1 səkkizinci dəfə Çin torpağına gələcək. Bu illər ərzində Formula1 yeni regionda populyarlıq qazanıb, aşağı seriyalarda artıq çinli […]

Aprel ayında Formula1 səkkizinci dəfə Çin torpağına gələcək. Bu illər ərzində Formula1 yeni regionda populyarlıq qazanıb, aşağı seriyalarda artıq çinli gənc sürücülər yarışırlar, yeni traslaar tikilir – Şanxaydan əlavə daha üç tras istismara verilib və ikisi də tikilməkdədir.

Çinin avtoidman federasiyasının vitse prezidenti ümid edir ki, Formula1 ilə ittifaq uzunmüddətli və məhsuldar olacaq…

Çjan Quocun: “Formula1 mərhələsinin Şanxayda keçirilməsi bizim dünya görüşümüzü artırıb, milli avtoidmanın inkişafına ciddi təkan verib. Biz peşəkar hakimlər və yarışda xidmət edən əməkdaşlar yetişdirmişik, biznesin diqqətini cəlb etmişik, axı biz 2004-cü ildə başlayanda dünyanın ən yaxşı 500 şirkətindən 120-i Formula1 ilə əmkdaşlıq edirdi. Misal kimi demək olar ki, o zaman Çində il ərzində cəmi 30 avtoidman tədbiri keçirilirdisə, indi bunların sayı 100-ü keçir.

Formula1-də çinli sürücü? Çempionatda iyirmidən çox sürücü çıxış edir, ona görə də bizim sürücünün və ya komandanın Formula1-də nə vaxt peyda olmasını söyləmək çətindir. Çox şey yerli şirkətlərin maraqlarından asılıdır, axı həm komandaya, həm də sürücüyə onlar sponsorluq edəcəklər. Mən bilirəm ki, belə maraq var, amma konkret nəsə söyləmək hələ tezdir.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 295
Teqlər
Paylaş

logo