Williams komandasının rəsmi bəyanatı

Williams komandasının mətbuat xidməti komandanın bokslarında baş vermiş yanğın barədə rəsmi bəyanat yayıb… Bəyanatda deyilir: “Bugünkü İspaniya Qran Prisindən sonra […]

Williams komandasının mətbuat xidməti komandanın bokslarında baş vermiş yanğın barədə rəsmi bəyanat yayıb…

Bəyanatda deyilir: “Bugünkü İspaniya Qran Prisindən sonra komandanın qarajında yanğın baş verib – yanğın yanacaq avadanlığı olan hissədə başlayıb.

Komandanın dörd əməkdaşı yanğının söndürülməsi zamanı zədələnib və trasın tibbi mərkəzinə çatdırılıb. Hazırda onlardan üçün yerli hospitalda müalicə alır, biri isə buraxılıb. Komanda onların sağlamlığına nəzarət edir və maksimum keyfiyyətli tibbi yardımı təmin edəcək.

Komanda, yanğın xidməti və polis birlikdə yanğının səbəblərini araşdırır və bu araşdırmanın nəticələri rəsmən elan olunacaq.

Williams komandası bütün komandalara və FİA-ya yanğın zamanı kömək və dəstəyə görə təşəkkür edir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*