18 Dekabr 2018, Çərşənbə axşamı - 23:51

M.Ferstappen: “İşə başlamaq vaxtıdır”

M.Ferstappen: “İşə başlamaq vaxtıdır”

Müəllif: Rauf Hacıyev, redaktor

15:12 - 04 Mart, 2016

Toro Rosso komandasının sürücüsü Maks Ferstappen etiraf edib ki, STR11-in dözümlülüyünə görə təəccüblənib…

F-1.az xatırladır ki, Toro Rosso komandası mövsümöncəsi testlərin ikinci günündə Karlos Sayns ilə 166 dövrə, testlərin üçüncü günündə Maks Ferstappen ilə 159 dövrə vurub.

Maks Ferstappen STR11 barədə təəssüratlarını bildirib: “Mən çox gözəl test və çox gözəl bir həftə keçirtdim. Bolid bu gün çox dözümlü idi. 159 dövrə atmaq gözəl oldu.

İki həftə əvvəl fərqli şeylər düşünürdüm, amma indi düşüncələrim dəyişdi. Mövsümöncəsi testləri müsbət düşüncələr ilə bitirirəm.

İlk yarış üçün çox səbrsizlənirəm. Çox işlədik və bolidi inkişaf etdirdik. Artıq işə başlamaq vaxtıdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 336
Teqlər , , ,
Paylaş

logo