Berni Ekklstoun Portuqaliyada həbs olunub

Correio da Manha-nın məlumatına görə, Formula1-in keçmiş rəhbəri Berni Ekklstoun Lissabon yaxınlığındakı Kaskayş aerodromuna endikdən sonra polis əməliyyatı zamanı həbs olunub.

Berni şəxsi Dassault Falcon 7X təyyarəsinin göyərtəsində qanunsuz silah daşımaqda ittiham olunur. Hələlik onun hakim qarşısına çıxarılıb-çıxarılmayacağı, yoxsa yalnız rəsmi ittiham irəli sürüləcəyi bilinmir. Aerodromda təhlükəsizlik tədbirləri gücləndirilib, əlavə polis qüvvələri cəlb olunub.

Ekklstoun 2022-ci ildə də eyni səbəbdən Braziliya hakimiyyəti tərəfindən San Paulunun yaxınlığındakı Kampinas şəhərində yerləşən Virakopus hava limanında şəxsi təyyarəsinə minərkən saxlanılmış, lakin girov qarşılığında sərbəst buraxılmışdı.