08 Dekabr 2019, Bazar - 04:36

Formula1-in yeni sahibi məlum olub

Formula1-in yeni sahibi məlum olub

Müəllif: Elçin Zodorov, redaktor

12:18 - 08 Sentyabr, 2016

ABŞ-ın media nəhəngi Liberty Media ümumilikdə 8 milyard dollara başa gələcək alqı-satqı işini başladıb.

F-1.az xəbər verir ki, Liberty Media şirkəti 1,1 milyard dollarlıq ödəniş edərək Formula1-in 18,7%-nə sahib olacaq. Bununla da 21st Century Fox şirkətinin rəhbərlərindən olan Çeyz Keri Formula1-in idarə heyətində olacaq. O, verdiyi açıqlamada Berni Ekklstoun, CVCLiberty Media komandalarının birlikdə işləməsinin çox maraqlı olacağını bilirib: “Formula1-in rəhbərliyində yer almaq və belə insanlarla birlikdə işləmək insanı həyəcanlandırır. Formula1-in dünyanın hər tərəfində milyonlarla izləyicisi olan, tayı-bərabri olmayan idman və əyləncə olmasına heyranlıq duyuram. Bu idmanın böyüməyinə, inkişaf etməsinə kömək etmək üçün fürsət əldə etmişik”.

Berni Ekklstoun daha əvvəl özünün dediyi kimi, vəzifəsində qalacaq. Liberty Media Formula1-ə 4,4 milyard dollarlıq yatırım edəcək. Eyni zamanda da Formula1-in 4,1 milyard dollarlıq borcunu öz üzərinə götürüb. 2017-ci ilin ilk rübündə tamamlanması planlaşdırılan alqı-satqının ümumi dəyəri 8 milyarddan çox olacaq.

Formula1-in indiki sahibi olan CVC Capital Partners Formula1 Group-un 65%-nə sahib olacaq, lakin qərarvermə haqqı olmayacaq.


Son Xəbərlər

İnformasiya

Bölüm Manşet
Mənbə
Baxış Sayı 794
Teqlər , , ,
Paylaş

logo