B.Ekklstoun: “Qadın sürücüləri ciddi qəbul etmək olmaz”

Formula1-in rəhbəri Berni Ekklstoun bildirib ki, qadıların yarışmasını heç vaxt ciddiliklə qəbul etmək olmaz.

F-1.az xatırladır ki, Berni Ekklstoun qadın sürücülərin Formula1-də yarışmasına qarşıdır. Ekklstoun Londonda Avropa Reklam Həftəsi Konfransında çıxış edib. Ekklstoun bildirib ki. Avropanı Vladimir Putin idarə etməlidir. 85 yaşlı rəhbər əlavə edib ki, ABŞ-dakı Prezident seçkilərində Donald Trampı dəstəkləyir. Ekklstoun qadın sürücülər barədə də danışıb: “Qadınlar fiziki cəhətdən zəifdirlər və onlar Formula1 bolidini sürətlə idarə edə bilməzlər. Buna görə də onları ciddi qəbul etmək lazım deyil”.

Amma Ekklstoun əlavə edib ki, qadınların kişilərə qarşı əlavə üstünlükləri var: “Qadınlar kişilərə nisbətən daha yetişkən ola bilərlər, çünki onlar kişilər qədər təkəbbürlü deyillər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*