R.Braun Ekklstounu əvəz edəcək?

Brawn GP və Mercedes AMG komandalarının keçmiş başçısı Ross Braun artıq Formula1-in yeni sahibi Liberty Media şirkəti ilə müqavilə imzalayaraq çempionata rəhbər təyin olunub.

F-1.az Auto Bild-ə istinadən bildirir ki, müqavilə FİA tərəfindən təsdiq olunduqdan sonra ictimaiyyətə rəsmən açıqlanacaq. Amma bu bəyanatın tarixi məlum deyil. Həm də məlum deyil ki, Berni Ekklstoun bu təyinatdan sonra hansı vəzifədə qalacaq.

Biz artıq xəbər vermişdik ki, Braun çempionatın yeni sahibləri ilə işləməyə hazır olduğunu bildirmişdi və qeyd etmişdi ki, çempionatın idarə olunmasında ən düzgün yol onun və Ekklstounun metodlarından birgə istifadə edilməsidir…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*