22 Avqust 2019, Cümə axşamı - 07:30

K.Sayns startda üç yer itirəcək

K.Sayns startda üç yer itirəcək

Müəllif: Elçin Zodorov, redaktor

18:31 - 30 İyul, 2016

İspan sürücü bu cəzanı sıralanma turunda Felipe Massanın sürətli dövrəsində onu bloka saldığı üçün alıb.

F-1.az xatırladır ki, Felipe Massa Almaniya Qran Prisində sıralanma turunun ikinci sessiyasında ikinci döngədə olduqca yavaş hərəkət edən Karlos Saynsın arxasında vaxt itirmişdi. Sıralanma turu bitdikdən sonra hər iki sürücü hakimlər tərəfindən çağırılıb və Saynsa rəqibini ləngitdiyi üçün yarışın startında 3 yer itirmək cəzası verilib. Beləliklə, 13-cü olan Karlos yarışa 16-cı yerdən başlayacaq. Felipe Massa isə yarışa 10-cu yerdən start verəcək.

Saynsa həm də 2 cərimə xalı verilib.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 400
Teqlər , , , ,
Paylaş

logo