24 May 2019, Cümə - 17:14

2011-ci ildə M.Şumaher ən çox ötmə edib

2011-ci ildə M.Şumaher ən çox ötmə edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:36 - 26 Dekabr, 2011

Mercedes GP komandası maraqlı statistika dərc edib – arxada qalan mövsümdə sürücülərin yarış zamanı qazandıqları mövqelər sayılıb. Birinci sətri Mixael […]

Mercedes GP komandası maraqlı statistika dərc edib – arxada qalan mövsümdə sürücülərin yarış zamanı qazandıqları mövqelər sayılıb. Birinci sətri Mixael Şumaher tutub – yeddiqat dünya çempionu 116 dueldən qalib ayrılıb – almaniyalı sürücü orta hesabla hər bri yarışda 12 ötmə eidb.

Hərçənd, cədvəldəki rəqəmlər müəyyən qədər şərti xarakter daşıyır. Sirr deyil ki, 2011-ci ildə almaniyalı sürücü sıralanma turlarında heç də uğurlu iştirak etmirdi və çox vaxt maşının imkanından maksimum yararlanmırdı. Yarışlarda isə Mixael daha sürətli görünürdü, maşının düz yollarda maksimal sürəti də ötməyə imkan verirdi. bundan başqa Şumaher bir neçə dəfə kiçik qəzalara düşməklə boksa baş çəkdikdən sonra mövqe qaytarmalı olurdu.

Toro Rosso və Sauber sürücüləri də cədvəldə yüksək mövqe tutublar, çünki bu komandalar da start mövqeyini qurban verərək təzə təkər dəstlərini yarışa saxlamağa üstünlük verirdilər, təzə təkərlərin hesabına isə ötmək çox asandır. Williams sürücüləri isə hətta bir neçə dəfə yeni komandaların araxsında start almalı olublar və yarışda asan ötmələr ediblər.

İlk onluğa düşən sürücülərdən Censon Battonu xüsusən qeyd etmək lazımdır. Dünya çempionu Sebastyan Fettel isə 27 ötmə ilə sonuncu yerlərdən birini tutub. Həqiqətən də, daim ilk mövqedən start alarkən Fettel kimi ötməli idi?

2011-ci ildə ötmələrin sayı:
1. M.Şumaher – 116
2. S.Buemi – 114
3. K.Kobayaşi – 99
4. X.Algersuari – 94
5. P.Maldonado – 91
6. P.di Resta – 90
7. S.Peres – 87
8. R.Barrikello – 86
9. C.Batton – 85
10. F.Massa – 82


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 282
Teqlər
Paylaş

logo