K.Rəykkönen Ənstoundakı bazaya baş çəkib

Bu gün Ənstounda Lotus komandasının bazasında Kimi Rəykkönen gələn il üçün nəzərdə tutulan maşının maketi ilə tanış olub – komanda […]

Bu gün Ənstounda Lotus komandasının bazasında Kimi Rəykkönen gələn il üçün nəzərdə tutulan maşının maketi ilə tanış olub – komanda Е20-ni aktiv təkmilləşdirir və paralel olaraq perspektiv üzərində işləyir…

Mark Sleyd, Kiminin yarış mühəndisi: “Bu gün Kiminin əsas işi gələn mövsümün maşınının maketi ilə tanış olmaq idi. Biz sürücünün kokpitdə rahat yerləşməsi variantları üzərində düşünürük və bu variantları indi yoxladıq ki, növbəti mərhələyə keçə bilək.

Belə görünə bilər ki, yeni maşın üzərində işə başlamaq hələ tezdir, amma bu cür yoxlamaları imkan qədər tez keçirmək lazımdır. Hələlik biz yalnız baza konsepsiyasını qiymətləndiririk və mən şadam ki, Kiminin heç bir problemi olmadı.

Bundan başqa biz Kimi ilə qarşıdakı şanxay uik-endini də müzakirə etdik, yeni aerdoinamik elementlərdən, yenilənmiş amrotizator və sükandan danışdıq. Mən qısaca Kimiyə Çində nə gözlədiyimizdən söhbət açdım.

Kimi Çində həmişə yaxşı çıxış edib, 2004-cü ildə üçüncü, 2005-ci ildə ikinci və 2007-ci ildə birinci olub.”

Səfərin sonunda Rəykkönen yaxın günlərdə hazır olacaq yeni simulyatora da nəzər yetirib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*