17 Sentyabr 2019, Çərşənbə axşamı - 08:35

K.Rəykkönen Kubitsanı əvəz edəcək?

K.Rəykkönen Kubitsanı əvəz edəcək?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:36 - 08 Fevral, 2011

Zədələnmiş Robert Kubitsanın yerinə namizədlərin siyahısını nəzərdən keçirən ekspertlər Kimi Rəykköneni dərhal yüksək nəticələr qazana biləcək yeganə sürücü hesab edirlər. […]

Zədələnmiş Robert Kubitsanın yerinə namizədlərin siyahısını nəzərdən keçirən ekspertlər Kimi Rəykköneni dərhal yüksək nəticələr qazana biləcək yeganə sürücü hesab edirlər.

Lotus Renault GP komandasının beş ehtiyat sürücüsündən (Bruno Senna, Roman Qrojan, Fayruz Fauzi, Ho Pin Tun və Yan Harouz) heç biri mövsümün ilk yarışından stabil xal qazanmaq iqtidarında deyil. Hər şey komandanın məqsədindən asılıdır – əgər komanda inkşaf etmək və Mühəndislər Kubokunda yüksək yer qazanmaq istəyirsə, məqsəd vəsaitləri doğurur – ən yaxşı sürücünü almaq üçün hər şey etmək lazımdır.

Ən yaxşı sürücü kimi isə Nik Haydfeldin, Pedro de la Rosanın və Niko Hülkenberqin adları çəkilir, amma əksər ekspertlər hesab edirlər ki, Kimi Rəykkönen ən yaxşı seçimdir.

Yaxın günlərdə komanda qərar verməlidir ki, yeni sürücünü hələ mövsümöncəsi testlərdə maşınla tanış etmək imkanını əldən verməsin…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 260
Teqlər
Paylaş

logo