Ə.Həmilton: “Lyuis çempionatda qalib gələ bilər”

Lyuis Həmiltonun, onun sürmə stilinin və yarışları aqresiv keçirməsinin müdafiəçiləri siyahısına onun atası, keçmiş meneceri Əntoni Həmilton da qoşulub… Əntoni […]

Lyuis Həmiltonun, onun sürmə stilinin və yarışları aqresiv keçirməsinin müdafiəçiləri siyahısına onun atası, keçmiş meneceri Əntoni Həmilton da qoşulub…

Əntoni Həmilton: “Bu avtoyürüşlərdir. Formula1-də sənin qərara qəbul etmənə cəmi saniyənin onda biri qədər vaxtın olur, qəbul etdiyin qərarın düz və ya səhv olması isə sonradan məlum olur.

Əgər bizim öncəgörmə qabiliyyətimiz olsaydı, bəlkə də biz başqa cür hərəkət edərdik. Amma Lyuis elə əvvəlki Lyuisdir və onun yarışlara yanaşması da dəyişməyib. Lyuis titul qazandığı mövsümdə də eyni cür iştirak etmişdi.

O həmişə belə olub və karyerasının sonuna qədər də belə qalacaq. Bu heç də pis deyil. Sadəcə hazırda Lyuis liderlər sırasındadır, ona görə də hamının diqqəti mərkəzindədir. Amma hamının da olduğu kimi qalması vacibdir: özünü kiməsə oxşatmağın mənası yoxdur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*