Avstraliya Qran Prisi: Pirelli – Soft və Medium

Pirelli şirkəti Formula1-də inhisarçı kimi ikinci mövsümünə başlamağa hazırlaşır. Şirkət Avstraliya Qran Prisində komandalara Soft (sarı) və Medium (ağ) təkərlər […]

Pirelli şirkəti Formula1-də inhisarçı kimi ikinci mövsümünə başlamağa hazırlaşır. Şirkət Avstraliya Qran Prisində komandalara Soft (sarı) və Medium (ağ) təkərlər verəcək.

Yavaş və ortasürətli döngələrin çoxluq təşkil etdiyi Albert Parkda sürətlənmə zamanı stabillik çox vacibdir. Komandalar asfalt yatma qüvvəsinin böyük kəmiyyətinə sazlanırlar, buna səbəb uzun düz yolların azlığı və dövrələr ardıcıllığının çoxluğudur. Döngələrin çıxışında izafi dönüşlük ciddi problemdir, xüsusən də arxa təkələr üçün, maşın sürüşür və təkərin tez yeyilməsinə səbəb olur. Eyni zamanda, dövrənin gedişində sol ön təkərə ən böyük yüklənmə düşür.

Melburn trasının ən çətin yeri ikinci döngədir. Döngənin girişində sürət fərqi 200 km/saat olur, 108 metr 2.5 saniyə vaxt aparır, yüklənmə 5g təşkil edir, ön təkərlərə təsir edən asfalta yatma qüvvəsi 1150 kq-a ekvivalent olur.

Albert Parkda 11-ci və 12-ci döngələr həlledici əhəmiyyət kəsb edirlər. Bu döngələr ardıcıllığının çıxışında sürət təxminən 210 km/saat olur, ön sol təkər bu zaman 105 dərəvəyə qədər qızır, ön sağ və arxa təkərlər isə 100 dərəcədə qalırlar.

Son döngələr ardıcllığında da əylənmə vacibdir, yenə də ön təkərlərə güclü yüklənmə düşür. Bundan sonra start düzlüyündə maşınalrın sürəti 300 km/saatı keçir və arxa sol təkərin temperaturu 105 dərəcədən yuxarı qalxır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*