13 Noyabr 2019, Çərşənbə - 10:37

L.Həmilton nədən iyrənir?

L.Həmilton nədən iyrənir?

Müəllif: Rauf Hacıyev, redaktor

06:33 - 21 Fevral, 2017

Mercedes komandasının sürücüsü Lyuis Həmilton rəqibi Daniel Rikkardonun ayaqqabıdan şampan içməsindən danışıb və bildirib ki, heç vaxt belə bir şey etməyəcək.

F-1.az xatırladır ki, Rikkardo əvvəlcə bunu podiuma çıxanda etmişdi, amma daha sonra bildirmişdi ki, bunu ancaq qələbə qazananda edəcək. Mark Uebber də Rikkardonun ayaqqabısından şampan içmiş və daha sonra Malayziyada Rosberq də Rikkardonun bu təklifinə imtina etməmişdi.

Amma Həmiltonun bu ənənəni davam etdirmək fikri yoxdur: “Heç bir yarış qələbəsi mənə ayaqqabıdan şampan içirdə bilməz. Məncə, bu yaxşı deyil. Amma Rikkardonun bu formada sevinməsinə hörmət edirəm. Ən azından özünəxas bir şeyi var. Ayağımdakı tərlə birlikdə şampan içməyi xəyal edə bilmirəm. Bunu qətiliklə etməyəcəm. Bunu öz ayaqqabımla da edə bilmərəm. Nəticədə saat yarım orada yarışırıq və ayağımız yüksək temperatura məruz qalır. Bolidin içi bütün tər olur. Danışanda belə iyrənirəm. Bu cür sevinmək mənlik deyil”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 642
Teqlər , ,
Paylaş

logo