S.Abitebul mərc barədə danışıb

Renault komandasının rəhbəri Siril Abitebul bildirib ki, döymə vurduracağı üçün narahat deyil.

F-1.az bildirir ki, Siril keçən il Rikkardo ilə Britaniya yarışından əvvəl podiuma çıxacaqları halda döymə vurduracağına dair mərcə giribmiş. Avstraliyalı sürücü dünənki Ayfel yarışında axır ki, podiuma yüksəldi.

Abitebul isə döymə ilə bağlı mərcin hekayəsindən danışıb: “Döymənin dizaynını o seçəcək. Yerini və böyüklüyünü isə mən. Çünki həcmi çox vacibdir.

Döymə mənim tərzim deyil. Buna görə də mərc oldu. Deyəsən keçən il Silverstoun yarışından əvvəl dördüncü gün idi. Daniel mənə yeni döyməsini göstərirdi. Ondan soruşdum ki, bunu necə etdin? Niyə döymə etdirirsən? O isə mənə dedi ki, döymə vuran yerin qabağından keçəndə onu görüb və etdirib.

Bir az içəndən sonra ona dedim ki, əgər podiuma yüksəlsən, mən də bədənimə döymə vurduracam. Mən sözümün arxasındayam. Bunu etdirəcəm. Sadəcə həcminə və yerinə qərar verməliyəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*