17 Noyabr 2019, Bazar - 01:59

N.Hülkenberq: “Force İndia-nın daha çox resursa ehtiyacı var”

N.Hülkenberq: “Force İndia-nın daha çox resursa ehtiyacı var”

Müəllif: Rauf Hacıyev, redaktor

09:34 - 18 Dekabr, 2016

Force İndia komandasının sabiq sürücüsü Niko Hülkenberq bildirib ki, hindistanlıların inkişaf edə bilməsi üçün daha çox resursa ehtiyacları var.

F-1.az xatırladır ki, Helkenberq son 3 mövsümü Force İndia komandasında keçirdikdən sonra Renault komandasına transfer olunub.

Almaniyalı sürücü bildirib ki, Renault-nun büdcəsi və potensialı Force İndia komandasının büdcəsindən və potensialından çox olduğu üçün bu addımı atıb və əlavə edib ki, Force İndia komandası əlavə resurslar tapa bilməsə, onların işi gələn il çətin olacaq: “Proqnoz vermək çətindir, amma yeni mövsümdə Force İndia komandasının hazırkı resurslarla ilk üçlükdəki komandalara müqavimət göstərməsi asan görünmür. Məncə, bir az daha çox resursa ehtiyacları var.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 423
Teqlər , ,
Paylaş

logo