Wrooom-un dördüncü günü: Proqram zəngin alınıb

Madonna di Kampilyo kurortunda ənənəvi Wrooom tədbirinin dördüncü günü Fernando Alonso və Felipe Massanın jurnalistlərlə mətbuat konfransında uzunmüddətli görüşü ilə […]

Madonna di Kampilyo kurortunda ənənəvi Wrooom tədbirinin dördüncü günü Fernando Alonso və Felipe Massanın jurnalistlərlə mətbuat konfransında uzunmüddətli görüşü ilə başlayıb. Nahardan sonra komandanın əsas sürücüləri ehtiyat sürücülər – Cankarlo Fizikella, Mark Jene və Jül Byanki – ilə birlikdə azarkeşlərlə görüşüblər, axşam isə xizək sürüblər.

Sabah sürücüləri və tədbirin qonaqlarını əyləncəli proqram gözləyir. Ferrari və Ducati komandalarının sürücüləri donmuş gölün üzərində kartinq və Fiat Panda-nın sükan arxasında yarışacaqlar, Luka Badoyer isə Ferrari-də 13 illik karyerasını bitirməsini F60-ın sükanı arxasında oturmaqla qeyd edəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*