23 Sentyabr 2019, Bazar ertəsi - 07:24

P.Hembri: “Biz FİA və FOM-dan xəbər gözləyirik”

P.Hembri: “Biz FİA və FOM-dan xəbər gözləyirik”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:18 - 20 Fevral, 2011

Barselonada Pirelli-nin idman departamentinin başçısı Pol Hembri Bəhreyn Qran Prisinin təxirə salınması ilə əlaqədar problemlərdən söz açıb… Pol Hembri: “Hazırda […]

Barselonada Pirelli-nin idman departamentinin başçısı Pol Hembri Bəhreyn Qran Prisinin təxirə salınması ilə əlaqədar problemlərdən söz açıb…

Pol Hembri: “Hazırda biz bu məsələnin müzakirəsində iştirak etmirik, amma biz Bəhreyndə çoxlu sayda avadanlıq gödərmişik və onu tezliklə geri qaytara bilmərik, ona görə də istənilən qərar bizim logistika proseslərimizə ciddi təsir edəcək.

Biz FİA və FOM-dan xəbərlər gözləyirik, gələn həftənin əvvəlində qərar qəbul etmək lazımdır, axı Pirelli-nin Formula1 proqramı yeni start götürüb və bizim təkərlərlə dolu anbarımız yoxdur.

Əgər testlərin son seriyası Bəhreyndə deyil, başqa bir trasda həmin vaxtda keçirilsə, bəlkə də biz təkər çatdıra bilərik, amma vaxtı bir qədər uzatsaq, bizə kömək olar. Əgər mövsüm Avstraliyada başlasa, problem deyil, biz əlavə test seriyasına da təkər çatdıra bilərik.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 220
Teqlər
Paylaş

logo