M.Uebber Fettelə kömək etməyəcək

Mark Uebber bildirib ki, Braziliyada maksimum xal qazanmağa çalışacaq və komanda yoldaşı Sebastyan Fettelə titul uğrunda mübarizədə kömək etmək fikrində […]

Mark Uebber bildirib ki, Braziliyada maksimum xal qazanmağa çalışacaq və komanda yoldaşı Sebastyan Fettelə titul uğrunda mübarizədə kömək etmək fikrində deyil. Çempionatda Brawn GP sürücülərini qabaqlaması üçün yerdə qalan hər iki yarışda Fettel ən azı qələbə qazanmalıdır və komanda yoldaşı Markın köməyinə ehtiyacı var, amma avstraliyalı sürücü yarışı komanda taktikasına uyğun qurmayacğını bildirib…

Mark Uebber: “Mən buna şübhə edirəm. Mənim mühəndis və mexaniklərim yaxşı nəticəyə kökləniblər və biz qələbə qazanmağa çalışacayıq.

Ümumiyyətlə, mənim fikrimcə, titula üç namizəddən Censon Batton bu ada daha layiqdir. O hamıdan çox qələbə qazanıb, hamıdan çox ötmə edib, çox çətin vəziyyətlərdən çıxmalı olub – inanmıram ki, başqa kimsə bu deyilənlərlə fəxr edə bilsin.

Onu Formula1-in ən yaxşı sürücüsü hesab etmək olarmı? Bu artıq başqa sualdır. O titulu qazana bilərmi və bu ada layiqdirmi? Bəli, amma ən yaxşı sürücü olması… Məgər 1996-cı ildə Dəymon Hill ən yaxşı sürücü idi? Çox şey maşından asılı olur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*