F.Alonso yerlisinə görə sevinir

Alpine komandasının sürücüsü Fernando Alonso düşünür ki, Ferrari ən sürətli komandadır.

F-1.az xatırladır ki, bu il idmanda tamamilə yeni reqlament olacaq və kimin daha güclü olduğu hamıya müəmmalıdır. Amma Barselonadakı üçgünlük testlərdə Ferrari hamıdan sürətli və etibarlı görünürdü. Bəzi mütəxəssislər Ferrari-ni artıq çempion elan edib.

Fernando Alonso: “Hazırda Ferrari ən sürətli komanda kimi görünür. Bu, təəccüblüdür. Sayns üçün əla xəbərdir. Eynilə İspaniya üçün də. Mercedes də sürətlənib”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*