F.Alonso: Bakı ötməyə imkan verir

Alpine komandasının sürücüsü Fernando Alonso Bakıda xal seriyasını davam etdirmək istəyir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü əvvəlcə öz vətənində, sonra Monakoda xallar qazanıb.

Fernando Alonso: “Monakoda güclü həftəsonu keçirdik və layiq olduğumuz xalları qazandıq. Artıq tempimiz artır və yarışda güclü təsir bağışlayırıq. Monakoda çox vaxt yarışın nəticəsini əvvəldən proqnozlaşdırmaq olur, amma dəyişkən hava şəraitinə görə yarış əsl xaosa döndü.

Bakıda ardıcıl üçüncü yarışda xal qazanmağa hazıram. Formula1-də şəhər tipli traslar çoxdur və onları sevirəm, çünki o traslarda səhvə yer yoxdur. Bakı digər şəhər tipli traslardan fərqlidir. Burada ötmə etmək mükündür. Əvvəlki yarışlarda da çox yer qazanmışdım. Monakodan fərqlidir”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*